Azərbaycanda İYRƏNC HADİSƏ – Qohumu 15 yaşlı qızı aldadıb evə gətirdi və…backend
Hadisə
379

Azərbaycanda İYRƏNC HADİSƏ – Qohumu 15 yaşlı qızı aldadıb evə gətirdi və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Abşeron rayonu Məmmədli kəndində 48 yaşlı kişinin qohumu tərəfindən döyülərək qabırğasının sındırılması hadisəsinin təfərrüatları məlum olub.

APress.az xəbər verir ki, Faiq Məmmədovun (ad və soyadlar şərtidir) atasının xalası nəvəsi Nəsir Babayev tərəfindən qısqanclıq zəminində döyüldüyü müəyyənləşib.

Belə ki, N.Babayev 15 yaşlı qızı Zeynəbi marketə çörək və danışıq kartı almağa göndərib. Marketin qarşısında olarkən yeniyetmə qızı görən F.Məmmədov sərxoş vəziyyətdə ona əxlaqsız təkliflər edib. O, qızı evinə dəvət edib və 20-30 manat pul verəcəyini deyib. Bunu eşidən qız ağlayaraq evlərinə qayıdıb və babasının xalası oğlunun etdiyi əxlaqsız təkliflə bağlı ailə üzvlərinə deyib. Dərhal qızın atası marketin qarşısına gedərək Faiqi axtarıb. Lakin orada tapa bilməyib. N.Babayev atasının xalası oğlunun evinə getsə də, orada da onu tapmayıb. Bir müddət sonra isə o, qızına əxlaqsız təkliflər edən qohumuna qonaqlıq vermək adıyla maşınına otuzdurub və evinə gətirib. Həyətə daxil olan kimi N.Babayev Faiqə zərbələr endirərək onu döyməyə başlayıb. Qabırğası qırılan və digər xəsarətlər alan şəxs həyətdən uzaqlaşdırılıb. O, daha sonra döyülməsi ilə bağlı polisə məlumat verib və şikayət ərizəsi yazıb.

Bundan sonra N.Babayev barəsində Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş açılıb və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Publika.az