Kürdəmir RPŞ-yə müraciət edən Sığırlı kənd sakini S.Qurbanov aprelin 23-də saat 23 radələrində işlədiyi mağazaya gəlmiş bir nəfərin onu döyərək 600 manat pul və danışıq kartları apardığını bildirib.
APress.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini Q.Qaçayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Publika.az