Azərbaycanda məktəb direktoru olan 45 yaşlı qadının meyiti tapıldıbackend
Hadisə
299

Azərbaycanda məktəb direktoru olan 45 yaşlı qadının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda mənzildən meyit tapılıb.

APress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Qeyd edək ki, vəfat edən qadın Xaçmazdakı kəndlərdən birində məktəb diektoru kimi çalışıb.

Onun hansı səbəbdən və hansı şəraitdə vəfat etməsi araşdırılır.