Azərbaycanda məktəb direktoru vəfat etdibackend
Hadisə
220

Azərbaycanda məktəb direktoru vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.
APress.az-ın Report-a istinadən məlumatına görə, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.
Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.
2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.
Allah rəhmət eləsin!