Martın 13-də saat 6 radələrində Cəlilabad rayonunun Günəşli kəndi ərazisində Astara rayon sakini F.Əzimov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu aşırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APress.az-a verilən məlumata görə, avtomobildəki sərnişinlərdən biri – N.Süleymanov hadisə yerində ölüb, digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.