Azərbaycanda nişan mərasimi keçirmək istəyənlər cərimələndibackend
Hadisə
275

Azərbaycanda nişan mərasimi keçirmək istəyənlər cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) Xatınlı kəndində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APress.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.