Azərbaycanda yüksək vəzifəyə TƏYİNATbackend
Cəmiyyət
99

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.

APress.az quruma istinadən xəbər verir ki, bu, Anar Rzayevdir.

O, 1973-cü ildə Bakı şəhərində anadan olub, “Xəzər Universiteti”nin Hüquq və sosial elmlər fakültəsini bitirib,1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

A.Rzayev 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

O, 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.