Rusiyanın Saratov şəhərində hüquq-mühafizə orqanları xüsusilə iri məbləğdə dələduzluq əməlləri ilə məşğul olan qruplaşmanın fəaliyyətinin qarşısını alıb.
Qruplaşmanın lideri 34 yaşlı Azərbaycan vətəndaşı Elvin A.-dır. O, Gürücüstan vətəndaşı olan 56 yaşlı kriminal avtoritet O.Ceyranovla əlaqəlidir. Banda üzvləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək və saxta sənədlərdən yararlanaaq iki Saratov sakininin əmlakını , pullarını ələ keçiriblər. Qrupun üç üzvü (Elvin də daxil olmaqla) tutulub, onların barəsində cinayət işi qaldırılıb.