Rusiyanın Murmansk şəhərində azərbaycanlını öldürən erməni Arman Arakelyana 18 il həbs cəzası verilib.
APress.az xəbər verir ki, cəzasının 6 ilini Murmansk cəzaçəkmə müəssəsində çəkən A.Arakelyan ötən gün Ermənistana təhvil verilib. Bu barədə onun vəkili Artur Daşyan məlumat verib.
Xatırladaq ki, 14 sentyabr 2015-ci il tarixində A.Arakelyana məxsus olan restoranda tərəflər arasında münaqişə yaranıb. Mübahisə azərbaycanlının ölümü ilə nəticələnib.
redaktor.az