Bakı güclü yanğın: Xəsarət alanlar varbackend
Hadisə
212

Bakı güclü yanğın: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.