Bakı sakini 4,5 kq narkotiklə tutuldubackend
Hadisə
265

Bakı sakini 4,5 kq narkotiklə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhər sakinindən narkotik götürülüb.

Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülüb.