Bakı sakinini qaçıraraq 500 min dollar tələb edən şəxslərin işi məhkəməyə göndərildibackend
Cəmiyyət
339

Bakı sakinini qaçıraraq 500 min dollar tələb edən şəxslərin işi məhkəməyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokurorluğun İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib.

Baş Prokurorluqdan APress.az-a verilən məlumata görə, daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb ediblər.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilib və barələrində məhkəminin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

16 avqust 2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.