Bakı və Abşeronda iki piyadanı avtomobil vuraraq öldürübbackend
Hadisə
326

Bakı və Abşeronda iki piyadanı avtomobil vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı və Abşeronda piyadaların ölümü ilə nəticələn yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APress.az-a verilən xəbərə görə, Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeronun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini S.Vəliyevin “Mitsubishi” markalı avtomobillə vurduğu Qobustan rayon sakini A.İsmayılov isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.