Bakıda 37 yaşlı kişi kürəyindən bıçaqlandıbackend
Hadisə
546

Bakıda 37 yaşlı kişi kürəyindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APress.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Əhmədli qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1984-cü il təvəllüdlü Səmədov Azər İlham oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Müayinə zamanı onun kürək nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. / “Report”