Bakıda “atalarını söyən” şəxsi öldürüb yandıran iki qardaşın CƏZASIbackend
Hadisə
293

Bakıda “atalarını söyən” şəxsi öldürüb yandıran iki qardaşın CƏZASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən verilən şikayətə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib və təqsirləndirlənlər barədə hökm dəyişdirilmədən saxlanılıb.

APress.az virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Hadisə 2019-cu il noyabrın 23-də Bakının Nərimanov rayonu ərazisində baş verib.Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Tuqay Bayramov və 1991-ci il təvəllüdlü Xəyal Bayramov Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Adəm Abdullayevi amansızlıqla qətlə yetiriblər.

Cinayət hadisəsini törətmək üçün qabaqcadan əlbir olan qardaşlar niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar. Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra cibindən mobil telefon, içərisində 1.000 manat pul və bank kartları olan pul qabını götürüblər. A.Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 ünvanındakı boş əraziyə gətirərək, daha iki zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə neft məhsulunu meyitin üzərinə töküb yandırıblar.

Təqsirləndirilən Tuqay Abbasov ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl aralarında yaranan mübahisə zamanı Adəm onu təhqir edib. O, qardaşı Xəyala “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib və cinayət hadisəsini həyata keçiriblər.

Məhkəmə, Tuqay Bayramov və Xəyal Bayramovun Cinayət Məcəlləsinin 120.2.1-ci,120. 2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.