Bakıda avtobus qəzası – Ölən varbackend
Hadisə
419

Bakıda avtobus qəzası – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APress.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.