Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APress.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Əliyeva Elmira Mahmud qızını 3-cü mikrorayon dairəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı və başın əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (Report)