Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 №-li tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Pəri Məmmədova vəfat edib.
Apress.az xəbər verir ki, koronavirusa yoluxan 63 yaşlı P.Məmmədova bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Pəri Məmmədova 1958-ci il iyulun 19-da anadan olub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1992-ci ildən əmək fəaliyyətinə başlayıb.
Sfera.az