Bakıda faciəvi hadisə – 2 nəfər maşının altında qalaraq öldübackend
Hadisə
480

Bakıda faciəvi hadisə – 2 nəfər maşının altında qalaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol-nəqliyyat hadisələri olub.

APress.az xəbər verir ki, mayın 20-də saat 13 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Eyyubov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Ramiz Qəhrəmanovu vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 21-də orada ölüb.

Bundan başqa, mayın 20-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami və Sabunçu Rayon Polis İdarələri tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Publika.az