Bakıda qətl hadisəsi törədilib.
APress.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.