BAKIDA İNANILMAZ CİNAYƏT : Bu şəxslər avtomobillərə yaxınlaşır və… – FOTObackend
Hadisə
301

BAKIDA İNANILMAZ CİNAYƏT:Bu şəxslər avtomobillərə yaxınlaşır və… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda naməlum şəxslər peya olublar ki, avtomobil sürücülərinə yaxınlaşaraq, onlara vtomobillərinin katalizator adlanan cihazını almağı təklif edirlər. Sözügedən cihazın qiyməti isə orta hesabla 1500 AZN təşkil edir.

Katalizatorun əsas xüsusiyyəti avtomobildə yaranan zərərli maddələrdən ibarət tüstünü havaya buraxmamaqdır. Hansı ki, bu tüstü havaya getdikdə ekalogiya korlanır, ankoloji xəstəliklərin yaranmasına səbəb olur. 

Bəs bu insanların katalizatorları toplamaqda məqsədləri nədir? Hər hansı bir avtomobildə bu cihaz olmadıqda avtomobil sahibi cərimələnirmi? Dövlət Yol Polisi əməkdaşları proflaktik olaraq avtomobillərdə yoxlanışlar aparıllarmı?

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlamasında sözügedən məsələlərin çox vacib məqamlar olduğunu deyib:

“Müzakirəsi vacib olan bir mövzudur, şəxsən mən özüm də belə eşitmişəm. Bəzi dələduzlar katalizator cihazı olan maşınları kirayə götürür, katalizatoru çıxardıqdan sonra geri qaytarırlar.

Bu avtomobillərə texniki baxış keçirərkən qeyd edilən cihazın olub-olmaması aşkarlanır. Bu fakt ilə əlaqəli məlumat aldıqda dərhal təbliğat apardıq. Konkret avtomobil sahiblərinə, kirayə avtomobil verən şirkətlərə daha diqqətli olmalarını bildirdik”.

Avtomobil eksperti Elməddin Muradlı da mövzu ilə əlaqəli maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, bu yaxınlarda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat aparılıb və belə məlum olub ki, bir neçə şəxs və avtomobil ustaları əlibir olaraq katalizatorları oğurlayırlar və bunu başqa şəxslərə müxtəlif qiymətlərə satırlar:

“Belə bir şəbəkə həqiqətən də var, bu işlərə bəzən avto servisləri cəlb edirlər. Orada işləyən ustalar gizli yollarla katalizatorları çıxarırlar və onu yığan şəxslərə satırlar. Birinci növbədə düşünürəm ki, sürücülər diqqətli olmalıdırlar, tanımadıqları təmir yerlərində avtomobillərini uzun müddət qoymamalıdırlar. Avtomobili götürərkən bir daha yoxlamalıdırlar.

Onu da qeyd edim ki, bu barədə bizə də müraciətlər olub, təxminən Saray qəsəbəsi ərazisində olan servsidə usta bu işlə məşqul olub. Bu cinayət məsuliyyətidir, zərərçəkmiş polis şöbəsinə müraciət edib. Nəticədə bu əmıi tərdən şəxs saxlanılıb və dəymiş zərər ödənilib. Mən düşünürəm ki, bu cinayəti törətmiş insanlar ciddi şəkildə cəzalandırılmalıdırlar.

Katalizator avtomobilin ixrac etdiyi zəhərli qazların miqdarını azaldır və ətraf mühütü qorumaq vəzifəsini daşıyır. Bu istiqamətdə təbliğat işini gücləndirmək lazımdır. Maşınların parklanması, gecə nəzarətsiz qalması oğrular üçün şərait yaradır. Avtomobili harada gəldi park etmək olmaz, sürücülər və yeni avtomobil almaq fikrində olan şəxslər diqqətli olmalıdırlar. Katalizatorun yerində olub-olmamasını yoxlatmaq lazımdır”.