Bakının Suraxanı rayonunda intihara cəhd olub.
APress.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.
1992-ci il təvəllüdlü Günay Hüseynova canına qəsd etmək məqsədilə şosseyə çıxıb. Onu avtomobillərdən biri vurub. Qadın xəstəxanaya çatdırılıb.
Onun intihara cəhd etməsinin səbəbləri araşdırılır.