Bakıda mağazadan soyğunçuluq edən şəxs tutuldubackend
Hadisə
446

Bakıda mağazadan soyğunçuluq edən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mağaza sahibinə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APress.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S. Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.