Bakıda xanım sürücü zəncirvari qəza törətdi – VİDEObackend
Hadisə
248

Bakıda xanım sürücü zəncirvari qəza törətdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda yol qəzası zamanı 3 avtomobil toqquşub.

APress.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

Babayeva Xatuba Osman qızı idarə etdiyi “Hyundai” markalı avtomobillə işıqforun qırmızı işığında dayanmaq istəyərkən onun avtomobili “AzSamand” markalı nəqliyyat vasitəsinə, daha sonra “Chevrolet” markalı digər avtomobilə çırpılıb. Sürücü sonradan hadisə yerindən yayınıb.

Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları xanım sürücünü saxlayıb.

Fakt araşdırılır.