Bakıda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə APress.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.