COVID-19-a qarşı peyvənd sertifikatı olmayanlar CƏRİMƏLƏNƏCƏKbackend
Dünya
527

COVID-19-a qarşı peyvənd sertifikatı olmayanlar CƏRİMƏLƏNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya, koronavirus infeksiyası riski olan bölgələrdən gələn səyahətçilər üçün qaydaları yenidən sərtləşdirib.

APress.az xəbər verir ki, bazar günündən etibarən Hollandiya səlahiyyətliləri Belçika sərhədində yoxlamalara başlayacaq, peyvənd sertifikatı və ya “neqativ” test nəticəsi göstərməyənlər 95 avro cərimələnəcək.

Xüsusilə koronavirusun”Delta” variantının sürətlə yayılması səbəbilə Hollandiya hökuməti,  “sarı zona” adlanan riskli ölkələrdən gələn sərnişinləri məhdudlaşdırmaq qərarına gəlib.
Belçika, Fransa, Danimarka, Yunanıstan, Xorvatiya, Portuqaliya və İspaniya və s. ölkələr Hollandiyaya gələ bilmək üçün etibarlı bir peyvənd sertifikatı göstərməlidirlər.

Unikal.org