DİN Bakıda vəhşicəsinə döyülən qızlarla bağlı araşdırmaya başladıbackend
Hadisə
331

DİN Bakıda vəhşicəsinə döyülən qızlarla bağlı araşdırmaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda döyülərək yol qırağına atılan qızlar xəstəxanadan evə buraxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Dəniz Vağzalının qarşısında baş verib.

2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva Alim qızı tanıdıqları şəxslərlə mübahisə ediblər. Mübahisə zəminində kimliyi hələlik bəlli olmayan şəxslər tərəfindən döyülərək yol kənarına atılıblar.

Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkim müayinəsi zamanı yaralılara bədənin müxtəlif hissələrinin sınığı, kəllə beyin travması diaqnozu qoyulub. Artıq yaralıların hər ikisi evə buraxılıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır. Xuliqanlıq zəminində törədilən hərəkətlərin təfərrüatı tədqiqat araşdırmalarından sonra məlum olacaq.