Daxili İşlər Nazirliyi ötən gecə Tovuz rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məılumat yayıb.
APress.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 8-də saat 23 radələrində Tovuz şəhərində Aşağı Quşçu kənd sakini K.Paşayevin idarə etdiyi “Mercedes” və Tovuz şəhər sakini İ.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən A.Niyazova orada ölüb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.