Ərini öldürən qadın barədə həbs qərarı verildibackend
Hadisə
335

Ərini öldürən qadın barədə həbs qərarı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ərini öldürməkdə ittiham edilən 41 yaşlı Günay Şıxəliyeva barəsində məhkəmə qərar çıxarıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, istintaq orqanının təqdimatı ilə Suraxanı rayon məhkəməsi G.Şıxəliyeva barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.

O, istintaq təcridxanasına köçürülüb. G.Şıxəliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.

Rəsmi açıqlamaya görə, martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Günay Şıxəliyeva əri, 1976-cı il təvəllüdlü Mahir Şıxəliyevi yaşadığı evdə yatmış vəziyyətdə dəmir linglə başından vuraraq öldürüb.

Xatırladaq ki, ailəni tanıyan şəxslərin və qonşuların iddiasına görə, spirtli içki aludəçisi olan Mahir Şıxəliyev dəfələrlə həyat yoldaşını döyüb. Uzun müddətli fiziki şiddətə görə Şıxəliyevanın bədən orqanları ciddi zərər görüb, qabırğaları sınıb.