FHN Abşerondakı qəza ilə bağlı məlumat yaydıbackend
Hadisə
468

FHN Abşerondakı qəza ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi bu gün Abşeron rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

APress.az nazirliyə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində “BАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.