Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Unikal.org–un məlumatına görə, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə azyaşlı yaşadığı evin vanna otağında zəhərlənib.