Gəncədə DƏHŞƏT: maşın 2 yerə bölündü, ÖLƏN VAR – FOTO (YENİLƏNDİ)backend
Hadisə
294

Gəncədə DƏHŞƏT: maşın 2 yerə bölündü, ÖLƏN VAR – FOTO (YENİLƏNDİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Bakı-Qazax yolunun Gəncə şəhərindən keçən hissəsində “İsuzu” markalı avtomobillə yol qəzasına düşən şəxslərdən Elgün Nəbiyev bu gün dünyasını dəyişib.

Publika.az-ın müxbirinin verdiyi məlumata əsasən, avtomobildə olan digər şəxs – 1980-ci il təvəllüdlü Zeynalov Razim Nazim oğlunun isə hər iki ayağı amputasiya olunub.

xxx

Gəncə şəhərində “İsuzu” markalı yük maşını qəza nəticəsində iki yerə bölünüb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bakı istiqamətində baş verib.

İlkin məlumata görə qəzada sürücü ilə sərnişin -1980-ci il təvəllüdlü Zeynalov Razim Nazim oğlu və təxminən 40-45 yaşlarında Elgün Bayramoğlu xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanaan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.