Tanınmış teleaparıcı Səxavət Nur haqqında yayılan xəbərə münasibət bildirib.
APress.az xəbər verir ki, teleaparıcı hazırda evli olmadığını deyib.
O ABŞ-a köçdüyünü və zəhməti ilə pul qazandığını da bildirib: “Mən ABŞ-a köçmüşəm. Halal zəhmətimlə pul qazanmışam, heç kimdən pul oğurlamamışam. Utanacaq bir iş də görməmişəm. Bu günə qədər bir dəfə evli olmuşam və sevdiyim insandan bir övladım var”.
Səxavət Nur evliliyi ilə bağlı yayılan xəbərdən də danışıb: “O xəbərə məni tanıyan heç kim inanmadı, hamı gülüb keçdi. Hamı mənim kim olduğumu bilir. Utansın o insanlar ki, özündən xəbər uydurub”.
azxeber