“Lotu Quli”nin kriminal aləmdəki yaxın adamına hökm oxundubackend
Hadisə
318

“Lotu Quli”nin kriminal aləmdəki yaxın adamına hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Əhməd Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APress.az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Ərəbovun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddə əldə etmə) maddəsinə tövsif edilib və barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Ə. Ərəbov bundan əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmdə “Kürd Amo” ləqəbi ilə tanınıb. “Kürd Amo” məhrum “Lotu Quli”nin yaxın adamı olub.