Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
APress.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Hüseynli saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan torbada 1 kiloqram 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq psixotrop maddənin əldə olunmasında onunla əlbir olan Bakı şəhər sakini E.Abasov və Masallı rayon sakini Y.Babayev də saxlanılıb. Y.Babayevin üzərindən 20 qrama yaxın metamfetamin, E.Abasovdan isə 3 qramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.