Bakı-Astara magistral avtomobil yolunun Biləsuvar rayonuna aid hissəsində ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APress.az xəbər verir ki, magistralın 91-ci kilometrliyində hərəkətdə olan “Reno Meqan” markalı minik avtomobili “Tatra” markalı yük avtomobilinə çırpılıb.
Sonra minik avtomobili yoldan çıxaraq beton maneəyə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Anar Kamil oğlu Məhərrəmov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Sfera.az