Paşinyan Rusiyaya qarşı addımlar atmağa başlayıb – Erməni mətbuatıbackend
Dünya
315

Paşinyan Rusiyaya qarşı addımlar atmağa başlayıb – Erməni mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın son zamanlar etdiyi kadr dəyişiklikləri ölkədə müxtəlif suallar doğurmağa başlayıb.

APress.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan hökumətində son kadr dəyişikliklərindən sonra belə bir təəssürat yaranır ki, Nikol Paşinyan xarici siyasətinin kursunu dəyişir. Belə ki, o, ölkədə vacib vəzifələrə antirusiya mövqeyə sahib şəxsləri təyin etməyə başlayıb.

Qəzet yazır ki, Paşinyan Vaqarşak Arutyunyan kimi Rusiyaya meyilli şəxsləri vəzifədən uzaqlaşdıraraq onların yerinə qərb mərkəzləri tərəfindən idarə olunan, həmçinin düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir.

Məlumatda qeyd olunur ki, Ermənistan hökumətinin bu addımları rusların və Rusiya meyilli dairələrin, həmçinin rusiyalı sülhməramlıların diqqətindən qaçmır. Belə ki, Sünikdə (Zəngəzur – red.) missiyada iştirak edən sülhməramlılar yerli əhali ilə münasibət qurarkən öz narazılıqlarını gizlətmirlər.

Onların fikrincə, Ermənistan və Azərbaycan sərhədində gərginlik məsələsində Ermənistan hakimiyyəti günahkardır. Belə ki, erməni tərəfi “Rusiya öz öhdəliyini yerinə yetirə bilmir” təəssüratı yaratmaq üçün əlindən gələni edir. Ermənistan bunu isə yalnız bir məqsədlə, yəni qərbin qoşunlarını məsələyə cəlb etmək üçün edir.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri bu yaxınlarda Ermənistanın təhlükəsizlik problemi ilə bağlı təklifini müzakirə edəcəklərini vurğulamışdı. Ermənistanın təklifində söhbət Minsk qrupu ölkələrinin qüvvələrinin yerləşdirilməsindən ibarətdir. //”Qafqazinfo”