Qaradağda 3 nəfər faciəvi şəkildə öldübackend
Hadisə
391

Qaradağda 3 nəfər faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 23-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Ş.Mehdiyev idarə etdiyi “Daewoo” markalı avtomobillə velosiped sürən qəsəbə sakini Aydın Tarverdiyevi vurub.

APress.az xəbər verir ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Tarverdiyev bir gün sonra orada ölüb.

Bundan başqa mayın 24-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində B.Səfərəliyev idarə etdiyi “Daimler Chrysler” markalı avtomobili Taleh Muradovun yolun kənarında saxladığı “VAZ-2107” markalı avtomobilə vurub. Nəticədə T.Muradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir ağır yol qəzası mayın 24-dən 25-nə keçən gecə saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib. Elşad Vahidov idarə etdiyi “Renault” markalı avtomobili səkiyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.