Sabirabadda avtomobil mikroavtobusa çırpıldıbackend
Hadisə
517

Sabirabadda avtomobil mikroavtobusa çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda avtomobil mikroavtobusa çırpılıb, xəsarət alanlar var.

Unikal.org-un məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Qarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “BMV” markalı avtomobil sürətlə hərəkətdə olarkən dayanacaqda dayanan mikroavtobusa çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti nisbətən ağır olan bir nəfər xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.