Sabirabadda yük avtomobili piyadanı vurub belini sındırdıbackend
Hadisə
287

Sabirabadda yük avtomobili piyadanı vurub belini sındırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APress.az xəbər verir ki, “QAZ-53” markalı yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü, Nağıyev Şükür Nadirxan oğlunu vurub.

Ağır xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Publika.az