Salyanda avtomobil 68 yaşlı kişini vurubbackend
Hadisə
356

Salyanda avtomobil 68 yaşlı kişini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Kürqaraqaşlı kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Rüstəmov İbadulla Rüstəm oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.