Səlim Müslümovun atası xəstəxanaya yerləşdirildibackend
Hadisə
294

Səlim Müslümovun atası xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov xəstəxanaya yerləşdirilib.
Bu barədə Modern.az-a Y.Müslümov özü məlumat verib. Sabiq nazirin atası böyrəklərində problem yarandığını, xəstəxanaya bir müddət əvvəl yerləşdirildiyini deyib:

 

“Müalicə alıram, yaşlı adamam, böyrəklərimdə problem var. Amma şükür ki, koronavirusa yoluxmamışam”.
Oğlu ilə bağlı danışmamaqda israrlı olan ata, sadəcə “Səlim yaxşıdır, başqa məlumatım yoxdur” deməklə kifayətlənib.
Hüquq-mühafizə orqanlarından da Səlim Müslümovun işilə bağlı hansı yeniliyin olduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.