Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Abışova Duyğu Rafiq qızı və 1988-ci il təvəllüldü Əhmədova Gülnarə Cavanşir qızı xəsarət alıb.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı D. Abışovaya sol mil sümüyünün qapalı sınığı, G. Əhmədovaya sol mil-bilək oynağının sınığı diaqnozu qoyulub.
Avtomobil qəzası ilə bağlı araşdırma aparılır.