Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.