Vatsapda daha bir TƏHLÜKƏ – “ÇƏHRAYI TEMA”backend
İkt
502

Vatsapda daha bir TƏHLÜKƏ – “ÇƏHRAYI TEMA”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatsap mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.

APress.az xəbər verir ki, istifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi fonunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək Vatsapın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.

Bir qədər əvvəl Vatsapda istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı.