Bakıda pişik cırmaqlayan yeniyetmə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həkimlər onu xilas etməkdən imtina ediblər. Yeniyetmə qız elə yüksək temperaturla xəstəxanaya qəbul edilmədən evə göndərilib.
Bu barədə Xətai rayonu, Gəncə prospekti 50 ünvanında yaşayan Rəna Mirzəyeva BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.
Onun sözlərinə görə, 21.01.2007-ci il təvəllüdlü Aysel Nurlan qızı Mirzəyevanı pişik cırmaqlayıb. Pişik xəstə olub və qızı cırmaqladıqdan sonra ölüb.
Sonradan Aysel Mirzəyevanın temperaturu qalxıb. Onu həkimə aparıblar və quduzluğa qarşı peyvənd vurulub. Lakin yeniyetmənin temperaturu düşməyib.
Sonradan onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) aparıblar. Orada bildirilib ki, qızı N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparsınlar.
Axşam saatlarında yüksək temperaturlu Aysel Mirzəyeva halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibb müəssisəsinin növbətçi həkimi xəstəxanada boş yer olmadığını bildirib.
Qeyd ediblər ki, Aysel Mirzəyeva ayrıca palataya yerləşdirilməlidir. Lakin boş palata yoxdur. Deyiblər ki, qızı səhər gətirsinlər. Beləliklə, Aysel Mirzəyeva halsız halda evə aparılıb. Nəticədə yeniyetmə bu gün səhərə qədər temperaturla mübarizə aparıb və halsız olub.
Məsələyə aydınlıq gətirmək üçün 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Rəna Axundova ilə əlaqə saxladıq.