Qərbin KTMT-də “son qalası” – Rusiya Ermənistana nəzarəti ələ ala biləcəkmi?backend
Siyasət
570

Qərbin KTMT-də “son qalası” – Rusiya Ermənistana nəzarəti ələ ala biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti Rusiya-Ermənistan münasibətlərini yenidən gündəmə gətirib. Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında keçirilən təkbətək görüş Ermənistandakı revanşist qüvvələr arasında Rusiya-Ermənistan arasında münasibətlərin inkişaf edəcəyinə müəyyən ümidlər yaratsa da, görünən odur ki, Moskvanın ruporu rolunda çıxış edən İrəvanın mövcud iqtidarı bu bağların qopması üçün səylərini bundan sonra da davam etdirəcək.
1. Sərkisyan rejimini iflic vəziyyətinə gətirən və islahatlar vədi ilə iqtidara sahiblənən Nikol Paşinyan hələ 2018-ci ildə bəyan edirdi ki, Ermənistan birmənalı şəkildə qərbyönümlü siyasət yürüdəcək. Əslində deputat-jurnalisti dövlətin rəhbərliyinə gətirən də onların dəyərlərinə sadiq qalacağına vəd verdiyi “Soros uşaqları” idi. Gürcüstan, Ukrayna və Moldovada həyata keçirdikləri “məxməri” və “təkamül” inqilablarından sonra Ermənistana da “dişini batıran” “Sorosçular” Nikolun qarşısına konkret öhdəlik də qoymuşdular – demokratiya adı altında Rusiya ilə bütün bağları qoparmaq. Bu həm də Rusiya ilə başlanacaq geosiyasi savaşa hazırlığın tərkib hissəsi idi.
2. KTMT-nin sədri Paşinyanın bu quruma ilk zərbəsi özünü çox gözlətmədi. Hakimiyyətə gəlməsindən qısa müddət sonra – 2018-ci ilin iyulunda KTMT-nin Baş katibi Yuri Xaçaturova cinayət işi açıldı, o, həbs edildi. İrəvanın istəyi ilə 2018-ci il noyabrın 2-də Xaçaturov KTMT-nin Baş katibi postundan azad olundu. Xaçaturovun vəzifəsini icra edən zaman saxlanılması və həbs edilməsi Ermənistanda daxili siyasəti proseslərin nəticəsi yox, daha çox Paşinyanın KTMT-ni nüfuzdan salmaq, Qərb ölkələri qarşısında xal qazanmağa hesablanmış siyasi gediş idi.
3. Ermənistanın KTMT-də fəaliyyətini davam etdirməsi Qərbin də maraqlarına cavab verirdi. KTMT çərçivəsində hərbi planlaşdırma və hava hücumundan müdafiə sistemlərinin Rusiyaya ötürülməsi, Moskvanın silah sistemlərinin xarakterikası barədə arayışlar, hərbi metodologiyası, virtual üsullarla informasiyaların əldə edilməsi və ötürülməsi də bu ssenarini tərkib hissəsi idi.
4. Sammit çərçivəsində Lukaşenkonun İrəvanda KTMT-nin gələcəyinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”dan asılı olduğunu bəyan etməsi və ardınca “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq. Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq” açıqlaması Qərbə və “onun KTMT-dəki qalası” Ermənistana yönələn açıq mesaj idi.
5. Ermənistanın KTMT-nin üzvü olmasına rəğmən, Avropa İttifaqı və ATƏT-lə əməkdaşlığı dərinləşdirməsi, Qərb kluarlarında onların təmsilçisi kimi görünməsi, Rusiya hərbi bazalarını ölkədənə çıxarmaqla hədələməsi, bu istiqamətdə siyasi çağırışlar etməsi, Ermənistan daxilində anti-Rusiya və anti-Putin təbliğatı aydın şəkildə deməyə əsas verir ki, Paşinyan və komandası Qərbin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə israrlıdır və bu mövqeyindən geri çəkilməyəcək.
6. Təbii ki, bunu Kremldə də başa düşürlər. 44 günlük vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Ermənistan daxilindəki revanşist qüvvələrin hərəkətə keçməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olunması bu məqsədə xidmət edirdi. Ermənistanda ikinci dəfə Qərblə Rusiya üz-üzə gəlirdi və bu döyüşün də qalibi “sosrosçular” oldular. Bu döyüş isə hələ uzun müddət davam edəcək…
// Azər Niftiyev