İki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil – Nazirlikbackend
Cəmiyyət
262

İki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.

APress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.

T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınaqlıdır”.