Avqusun 11-i saat 10 radələrində Sabirabad rayonun ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.