“Terrorla mübarizədə istədiyimiz məqsədə çata bilmədik” – Merkelbackend
Dünya
279

“Terrorla mübarizədə istədiyimiz məqsədə çata bilmədik” – Merkel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın  Taliban  tərəfindən tam nəzarətə  alınması genişləndikcə dünya liderlərindən bəyanatlar gəlməyə davam edir.

Unikal.org xəbər verir ki,  Almaniya kansleri Angela Merkel paytaxt Berlində keçirdiyi mətbuat konfransında Əfqanıstandakı inkişaflarla bağlı dəyərləndirmələr edib.

“Əfqanıstanda 20 il davam edən beynəlxalq missiya istənilən nəticəni əldə etmədi. Təəssüf ki, terrorla istədiyimiz məqsədə çata bilmədik”.

Əfqanıstanın demokratiya və sülhdə arzu olunan uğuru əldə etmədiyini qeyd edən Merkel, Əfqanıstandakı təcrübələrdən dərs alınmalı olduğunu vurğulayaraq, “Hədəfləri kiçik saxlamaq lazımdır”,-  deyə ifadə işlədib.